Maraq dünyası
Milyarder sərvətini itinə miras qoydu - Qardaş və bacıları isə...
Hindistanın aparıcı iş adamlarından biri “Tata Group”un keçmiş sədri Ratan Tata oktyabrın 9-da 86 yaşında vəfat edib. Heç vaxt evli olmayan və 1,1 milyard dollarlıq sərvəti olan Tatanın mirasla bağlı verdiyi qeyri-adi qərarı gündəmi zəbt edib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat verib.
Bildirilir ki, Tata sərvətinin böyük hissəsini sevimli iti Titoya qoyub. Onun qardaşı Cimmi Tata, ögey bacıları Şiren və Deanna Jejibhoy mirasın yalnız kiçik bir hissəsini alacaqlar.
Tata həmçinin itinə sonsuz qayğı göstərilməsi şərti də qoyub. O, həm də baş köməkçisinin və aşpazının da sərvətin əhəmiyyətli bir hissəsindən faydalanmasını istəyib.
Ratan Tata heyvan sevgisi ilə tanınıb. O, 2023-cü ilin iyul ayında Mumbayda Hindistanın ilk Kiçik Heyvanlar Xəstəxanasını açıb. Hətta 2018-ci ildə o, itlərindən birinin səhhətində problemlər olduğu üçün Şahzadə Çarlzın verdiyi mükafat mərasiminə qatılmayıb.
Roza
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)














