Maraq dünyası
Nuhun gəmisi yeni versiyada: Ayda "Qiyamət anbar"ı tikiləcək
Dünya mühafizəçiləri nəsli kəsilmək ərəfəsində olan növlərin qorunması problemindən narahatdırlar. Bunlar bitkilər, heyvanlar və digər orqanizmlərdir. Onların nümunələri təhlükəsiz anbarlarda toplanır.
Publika.az xəbər verir ki, bu barədə "Snexplores.org" məlumat yayıb.
Bildirilir ki, bəzi tədqiqatçılar Norveçdəki Şpitsbergendə hazırda mövcud olan Dünya Anbarına alternativ və ya analoq kimi Ayda bir növ Nuhun gəmisini tikməyi təklif edirlər. O, 2008-ci ildən fəaliyyət göstərir və məcazi mənada “Qiyamət anbarı” adlanır. Obyekt qayalıqda 120 m dərinlikdə yerləşir və 4,5 milyon çeşiddə kənd təsərrüfatı bitkiləri saxlamaq qabiliyyətinə malik bunkerdir.
Qeyd olunur ki, 2017-ci ildə anbar otağında permafrost əriyəndə, xoşbəxtlikdən, toxumlar zədələnmədi. Alimlər belə qərara gəliblər ki, ehtiyat otaq tələb olunur. Planetimizdə belə "şübhəli" ərazilər getdikcə çoxaldığından, Ayı tədqiq etmək təklif olunur.
Ayın cənub qütbündə kölgəli bir yer ideal olardı. Burada səthdə temperatur -196 °C-ə çatır. Vaşinqtondakı Mühafizə Biologiyası İnstitutunun və Arizona Universitetinin təklif üzərində işləyən ekspertlər qrupu deyir ki, bu, canlı orqanizmlərin hüceyrələrinin, toxumlarının və DNT-nin təhlükəsiz, uzunmüddətli saxlanması üçün tələb olunan minimum göstəricidir.
Bildirilir ki, proses heç bir enerji və ya müntəzəm insan iştirakı tələb etməyəcək. Obyekt hətta sağalma proseslərində və orqan strukturunun saxlanmasında əsas rol oynayan fibroblastları, birləşdirici toxuma hüceyrələrini saxlaya biləcək. Onlar artıq itmiş və ya nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növlərin populyasiyalarını bərpa etmək üçün faydalı olacaq. Bu, Ayda və hətta Marsda gələcək insan koloniyalarında ekosistemləri yenidən yaratmağa imkan verəcək.
Bundan başqa, temperaturun qəfil dəyişməsi təhlükəsi də var. Bu problemin necə həll olunacağı hələ aydın deyil. Nəhayət, layihə bütün dünya ictimaiyyətinin razılığını və əməkdaşlığını tələb edir. Hansı ki, hələ də sual altındadır.
Adəm
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?



























.png)







