Maraq dünyası
Ən güclü intuisiyaya sahib bürclər
Astrologiyada bəzi bürclər yüksək intuisiyaları ilə seçilirlər. Onlar reallığı təkcə gözlə deyil, həm də hisslərlə dərk etməyi bacarırlar. İntuisiya, hadisələri öncədən duymaq, insanları daha yaxşı oxumaq və doğru qərarlar qəbul etmək üçün mühüm bir vasitədir. Bəs hansı bürclər bu xüsusiyyətlərlə daha çox fərqlənir?
Publika.az yüksək intuisiya sahibi bürcləri təqdim edir:
Balıqlar
Balıqlar bürcü "intuisiyanın şahı” hesab olunur. Bu Su ünsürünün digər insanların hisslərini və düşüncələrini dərindən hiss etmək qabiliyyətinə malikdir. Onlar tez-tez özləri də fərqinə varmadan başqalarının emosional vəziyyətini anlayırlar. Balıqların xəyalpərəst təbiəti onları ruhani aləmlə əlaqələndirir və öncəgörmə qabiliyyətlərini artırır.
Əqrəb
Əqrəblər dərin emosional təhlilləri və güclü intuisiya qabiliyyətləri ilə tanınır. Onlar insanları çox yaxşı oxuya bilir, yalanı və səmimiyyətsizliyi dərhal hiss edirlər. Əqrəblər üçün “altıncı hiss” təbii bir bacarıqdır, bu da onları çətin vəziyyətlərdə daha güclü edir.
Xərçəng
Xərçənglər digər insanların hisslərini və enerjisini anlamaqda ustadırlar. Onların emosional həssaslığı onları intuisiya baxımından güclü edir. Xərçənglər ailə və yaxın dostlarının ehtiyaclarını heç sözsüz hiss edə bilirlər. Bu qabiliyyət onları gözəl dost və dəstəkçi edir.
Qız
Qız bürcü daha çox məntiq və analizlə tanınsa da, onların intuisiyası əsasən detallar üzərində qurulur. Qızlar insan davranışlarındakı incəlikləri asanlıqla hiss edir və nə baş verdiyini başqalarından daha tez anlayırlar. Onlar başqalarının niyyətlərini hiss etməkdə olduqca dəqiqdirlər.
Oxatan
Oxatan bürcünün intuisiya qabiliyyəti onların optimizmi və dünyagörüşü ilə bağlıdır. Onlar hadisələri geniş çərçivədə dəyərləndirir və gələcəyi hiss edə bilirlər. Oxatanlar üçün intuisiyaları daha çox yolgöstərici rolunu oynayır və onları doğru istiqamətə yönəldir.(Yenisabah.az)
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































