Maraq dünyası
Ətirli şamlar sağlamlığa zərərlidir?
Son illərdə ətirli şamların istifadəsi çox populyarlaşıb, lakin mütəxəssislər, bu şamların sağlamlıq üzərində potensial zərərli təsirləri ilə bağlı xəbərdarlıq edir. Yaxşı bir atmosfer yaratmaq məqsədilə istifadə edilən bu şamların, xüsusilə yandırıldıqda, hava keyfiyyətini pisləşdirərək bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Ətirli şamların tərkibindəki maddələr, xüsusilə yandıqda buraxılan kimyəvi birləşmələr sağlamlıq üçün təhlükəli ola bilər.
Publika.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ABŞ Milli Şam Assosiasiyasının məlumatına görə, parafin şamları, dünyanın ən çox istifadə edilən şam materialıdır. Bu materialın yanması zamanı havaya buraxılan benzidin, asetaldehid və formaldehid kimi uçucu üzvi birləşmələr xərçənglə əlaqələndirilir.
Çinin Kunming Tibb Universitetindən Ariful Haque, şamların tərkibindəki toluen maddəsinin uzun müddət məruz qalındıqda başgicəllənmə və ağrı kimi daha ciddi təsirlərə yol aça biləcəyini bildirib.
Nyu-York Tibb Kollecinin mütəxəssisi Emi Braun isə qeyd edir ki, ətirli şamlarda uçucu üzvi birləşmələrin səviyyəsi, tütün və boyalardan daha aşağıdır. Bununla yanaşı, 2015-ci ildə dərc olunan bir araşdırmaya görə, bəzi ətirli şamların tərkibindəki formaldehidin nisbəti milyardda 2,098 hissəyə qədər yüksələ bilər, bu isə təhlükəli sayılır.
Araşdırmalara əsasən, milyardda 0-dan 400-ə qədər olan formaldehid səviyyələri təhlükəsiz sayılır. Lakin şamların yanmaması vəziyyətində belə, müəyyən kimyəvi maddələrin yayılması mümkündür. Mütəxəssislər, xüsusilə ətirli və boyalı şamların daha çox risk yaratdığını qeyd edirlər.
Mütəxəssislər, şamların tərkibinə diqqət yetirərək, sağlamlığı riskə atmadan xoş iyli mühit yaratmağın yollarını izah edirlər. Parafin əvəzinə 100 faiz soya və ya arı mumu kimi təbii tərkibli şamlardan istifadə edilməsini tövsiyə edirlər.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)













