Maraq dünyası
Dünyanın ən böyük buz və qar sərgisi açıldı
Çinin şimal-şərqindəki Heyluncian vilayətinin inzibati mərkəzi olan Harbin şəhərində 26-cı buz və qar dünyası sərgisi işə başlayıb.
Publika.az xəbər verir ki, təxminən bir milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 300 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Bu fiqurlar arasında müxtəlif ölkələrdəki məşhur memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var.
Dünyanın ən böyük buz və qar sərgisinin davam edəcəyi günlərdə fantaziya şouları, virtual reallıq layihələri təşkil olunacaq, turistlər rəqəmsal incəsənət muzeyinə baş çəkə biləcəklər.
Qeyd edək ki, Harbin buz və qar dünyası sərgisi ötən il sahəsinin böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Ötən il sərgini 2,7 milyon nəfər ziyarət edib. Budəfəki sərginin sahəsi daha 25 faiz genişləndirilib. Sərgi martın əvvəlinədək davam edəcək.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)













