Maraq dünyası
Bu robot insanlarda qorxu yaradır: Tezliklə bizi ovlayacaq
Çinli mütəxəssislər demək olar ki, istənilən ərazidə yeriyə, dırmaşa və hətta geriyə dönə bilən robot it hazırlayıblar. Lakin bundan narahat olanlar da var. Onların tezliklə "insanı ovlamaq" təhlükəsi proqnozlaşdırılır.
Publika.az "Daily Mail"ə istinadən yazır ki, bu əvvəllər nağıl kimi səslənsə də, amma dəhşətli görüntülər internetdə yayıldığı üçün artıq reall olduğu məlumdur.
Ən müasir robot it "Lynx" adlanır və Çinin "Deep Robotics" şirkətinin ideya məhsuludur. Pəncələr əvəzinə dörd təkərlə təchiz edilmiş bot qayalardan tutmuş hər yerdə yeriyə, dırmaşa və hətta geriyə dönə bilər.
"Deep Robotics" onun axtarış və xilasetmə əməliyyatlarında istifadə olunacağına ümid edir. Bununla belə, artıq dördayaqlı robotla bağlı narahatlıqlar ifadə edilib.
"Mən bilirəm ki, onlar tezliklə insanı "yeyə" biləcəklər", - deyə bir istifadəçi videoya şərh yazıb.
Robotun boyu bir metrdən bir qədər azdır, çəkisi isə 30 kq-dır.
Şirkətin məlumatına görə, robot hündürlüyü 80 sm-ə qədər olan platformalara dırmaşmaq və 22 sm hündürlüyə qədər davamlı pillələri qət etmək qabiliyyətinə malikdir. Eyni zamanda robot hərəkət edərkən saniyədə maksimum beş metr sürət yığa bilir.
Robot it həm də IP54 reytinqinə malikdir, yəni bütün hava şəraitində istifadə üçün uyğundur. Geniş bucaqlı kamera ilə təchiz edilən robot axtarış-xilasetmə əməliyyatları zamanı çətin əldə edilən ərazilərə daxil olmaq üçün istifadə edilə bilər.
Onun qiymətinin kifayət qədər yüksək olması ehtimalı var. "Lynx"in alıcılara 17,999 dollara başa gələcəyi deyilir.
Sosial mediada ona reaksiya ümumiyyətlə müsbət olub.
Adəm
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi



















.jpg)




.jpg)













