Maraq dünyası
Ən uğurlu bürclər - Onlar daim zirvədədir
Bəziləri hesab edir ki, uğur insanın zəhməti, istedadı və əzmkarlığı ilə bağlıdır. Digərləri isə bunun müəyyən qədər tale və astroloji təsirlərlə əlaqəli olduğunu düşünürlər. Əsrlərdir ki, astrologiya insan xarakterinə və həyat yoluna təsir edən amillərdən biri kimi qəbul olunur. Bəzi bürclərin doğuşdan lider, digərlərinin isə yaradıcı, yenilikçi və ya çalışqan olduğu deyilir.
Publika.az ən uğurlu bürcləri təqdim edir:
Oğlaq
Oğlaq bürcü əzmkarlıq və intizamın simvoludur. Onlar kiçik uğurlarla kifayətlənməyən, daim daha yüksəyə qalxmağa çalışan insanlardır. İş həyatında məsuliyyətli olmaları, real hədəflər qoymaları və onları həyata keçirmək üçün yorulmadan çalışmaqları ilə seçilirlər. Məşhur iş adamları, siyasətçilər və akademiklər arasında oğlaqların sayı kifayət qədər çoxdur. Onların uğurunun sirri hər şeyə sistemli yanaşmaları və riskləri hesablamalarıdır.
Əkizlər
Əkizlər bürcü ağıllı, çevik düşüncəli və ünsiyyətcil insanlardır. Onların çoxşaxəli maraqları və hər şeyə sürətlə adaptasiya olmaq bacarığı var. Bu səbəbdən jurnalistika, yazıçılıq, aktyorluq, eləcə də ticarət sahəsində uğur qazanmağa meyillidirlər. Danışıq qabiliyyətləri, iti zəka və hazırcavablıqları onları sosial mühitlərdə parlaq simalara çevirir.
Şir
Şirlər özünəinamlı, cazibədar və yaradıcılıq bacarıqları ilə seçilən bürclərdən biridir. Onlar təbii lider olduqlarına görə tez-tez incəsənət, biznes və siyasət sahələrində uğur qazanırlar. Şirlər diqqət mərkəzində olmağı sevir və bu, onların karyeralarında irəliləməsinə kömək edir. Məşhur aktyorlar, musiqiçilər və rejissorlar arasında Şir bürcü altında doğulanlar üstünlük təşkil edir.
Qız
Qız bürcü insanları analitik düşüncəyə və mükəmməlliyə can atmaq xüsusiyyətinə malikdirlər. Onlar detallara diqqət yetirmək, sistemli işləmək və nizam-intizama riayət etməklə uğur qazanırlar. Həkimlər, alimlər və mühəndislər arasında qız bürcündən olanlar çoxdur. Onların güclü məntiqi və planlaşdırma qabiliyyəti, hər bir işə ciddi yanaşmaları onları uğurlu edir.
Dolça
Dolçalar qeyri-adi düşüncəyə malik olan yaradıcı və yenilikçi insanlardır. Onlar çərçivələrə sığmayan fikirləri ilə elmi və texnoloji sahələrdə inqilabi yeniliklər edə bilirlər. Dolçalar fərqliliyi ilə seçilməyi sevir və bunu bacarırlar. Bu səbəbdən mühəndislik, texnologiya və elmi araşdırmalar sahəsində ön planda olurlar. (Yenisabah.az)
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək
-
Sosial14 May 22:36Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI
-
Nəqliyyat14 May 21:36Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı






























.jpg)

