Maraq dünyası
Zaman keçidində ciddi dəyişiklik: Alimlər günün uzanma səbəbini tapdılar
Son illər alimlər planetimizdə günlərin uzunluğunun artdığını qeyd ediblər. Mütəxəssislər izah edirlər ki, bu hadisə Yerin öz oxu ətrafında fırlanma sürətinin dəyişməsi ilə bağlıdır. Və bunun da öz növbəsində təbii səbəbi var.
Publika.az xəbər verir ki, “Planet Today” yazır ki, indiyə qədər təbii proseslər günü cəmi bir neçə millisaniyə uzadıb. Lakin subyektiv olaraq bu, zamanın keçidində ciddi dəyişiklik kimi qəbul edilir. Mütəxəssislər bunun səbəbinin qlobal istiləşmə olduğunu deyirlər.
Nəşr izah edir: Buzlaqlar əriyəndə su qütblərdən ekvatora doğru hərəkət edir. Bu mexanizmlər planetin formasına təsir edərək onu dəyişdirir. Konkret olaraq, qütblərdə planetin gövdəsinin müəyyən qədər düzləşməsi müşahidə olunur ki, bunun da nəticəsində Yerin fırlanma sürəti aşağı düşür.
Bu transformasiyaların nəticəsi ondan ibarətdir ki, son 20 ildə bir günün uzunluğu yüz il əvvəlki rəqəmlərlə müqayisədə 1,33 millisaniyə artıb”.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu, son hədd deyil. Alimlərin proqnozlarına görə, 21-ci əsrin sonunda bu rəqəm 2,62 millisaniyəyə qədər artacaq. Bu dəyişikliklər artıq bütün hesablama sistemlərinin, o cümlədən GPS naviqasiyasının işinə, həmçinin bütün Yerin iqliminə və geofiziki hadisələrə təsir göstərir.
Tural
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı














.jpg)
.jpg)













.jpg)








