Maraq dünyası
NASA 47 illik macəraya son qoydu
NASA enerjiyə qənaət etmək üçün 47 ildir kosmosda araşdırmalar aparan “Voyager 1” və “Voyager 2” zondlarında bəzi elmi cihazları bağlamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu zondlar 1977-ci ildə günəş sistemimizdən kənarda olan planetləri öyrənmək üçün buraxılıb və ulduzlararası kosmosa çatan ilk kosmik gəmi olub.
Zondların enerji təchizatı azalmağa başlayanda NASA mühəndisləri alətləri sıradan çıxarmağa başlayıblar. “Voyager 1”in kosmik şüalar alt sistemi fevralın 25-də bağlanıb. “Voyager 2”nin aşağı enerjili yüklü hissəcik aləti martın 24-də bağlanacaq. Beləliklə, hər iki zond öz missiyasını yalnız üç elmi alətlə davam etdirəcək.
Plutoniumdan əldə edilən istilikdən enerji istehsal edən “Voyager” kosmik gəmisi hər il təxminən 4 vatt enerji itirir. Buna görə də 2026-cı ildə daha çox cihaz sıradan çıxarılacaq. Bununla belə, NASA mütəxəssisləri bildirirlər ki, zondlar 2030-cu illərə qədər ən azı bir elmi alətlə işləyə biləcək.
“Voyager” 1 və 2 ulduzlararası mühit haqqında məlumat toplamağa davam edəcək və insan tərəfindən yaradılan ən uzaq obyektlər kimi səyahətlərini davam etdirəcəklər.
Aysel Şahmar
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı













.jpg)


.jpg)
.jpg)

.jpg)








.jpg)




.jpg)



