Maraq dünyası
Dərd içində üzən 3 bürc - Kədər həmişə onları tapır...
Bəzi bürclər var ki sanki tale onları həmişə çətinliklərlə sınağa çəkir. Onlar tez-tez emosional çətinliklər yaşayır, həyatdan şikayət edir və özlərini xoşbəxt hiss etməkdə çətinlik çəkirlər. Astroloqlar bildirir ki, xüsusilə 3 bürc həmişə dərdlə üz-üzə qalır.
Publika.az kədərli və üzüntülü bürcləri təqdim edir:
Balıqlar
Balıqlar bürcü həssas və emosional insanlardır. Onlar tez inciyir, başqalarının dərdinə şərik olur və öz problemlərini dərindən yaşayırlar. Xüsusilə, xəyal qırıqlıqları onları uzun müddət sarsıda bilir. Əgər balıqlar bir dəfə məyus olubsa, o hissi uzun müddət unuda bilmir və daim keçmişi xatırlayaraq kədərlənir.
Əqrəb
Əqrəblər xarici görünüşdə güclü və sərt təsir bağışlasalar da, iç dünyalarında böyük çətinliklər yaşayırlar. Onlar emosiyalarını gizlədir, amma ürəklərində daima bir narahatlıq hiss edirlər. Xəyanət və etimadsızlıq əqrəbləri ən çox incidən hallardandır. Bu bürcün nümayəndələri bir dəfə xəyanətlə üzləşsə, uzun müddət toparlanmaqda çətinlik çəkir və keçmişi unuda bilmir.
Oğlaq
Oğlaqlar çox məsuliyyətli və ciddi insanlardır. Onlar həyatı ciddiyə alır və çox vaxt başqalarının qayğısına qalmaq üçün özlərini unudurlar. Çox işləmək və daim stress altında olmaq onları emosional olaraq tükəndirir. Həmçinin, oğlaqlar hisslərini başqalarına açmaqda çətinlik çəkdiyinə görə, problemlərini öz içlərində saxlayır və təkbaşına mübarizə aparırlar.(Yenisabah.az)
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar














.jpg)
.jpg)

.jpg)















.jpg)



