Maraq dünyası
Tör-töküntü evin milyonçu sahibi: Öləndən sonra bəlli oldu ki...
İngiltərədə Kent qraflığının Uitstabl şəhərindən olan təqaüdçü gizli milyonçu olub.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror" yazıb.
98 yaşlı Hilda Levi 2022-ci ildə vəfat edib. Bu yaxınlarda onun vəsiyyətnaməsinin oxunması zamanı qadının çox varlı olduğu üzə çıxıb. O, Kent və Londondakı dörd xeyriyyə təşkilatına 1,4 milyon funt sterlinq qoyub. Təşkilatların rəhbərləri çox təəccübləniblər, çünki Levi əvvəllər onlarla heç bir əlaqə saxlamayıb və onların işində iştirak etməyib. Yaşlı qadının qonşuları onun varlı olduğuna inanmadıqlarını deyib, çünki qadının evi, bağı baxımsız olub.
Uitstabdan olan Julie Hant, Levinin həyatını araşdırıb və onun Kölndə doğulduğu, Holokostda ailəsini itirdiyi və 1941-ci ildə 16 yaşında Britaniyaya qaçdığı məlum olub. Uitstabledan Ellen Cefferi Levini övladlığa götürüb və ona 1958-ci ildə vətəndaşlıq verilib. Qaçqın katib kimi təhsil alıb və əvvəlcə Meydston şəhərində, sonra II Yelizavetanın əri Edinburq hersoqu Şahzadə Filipin xeyriyyə təşkilatında çalışıb.
Hant heç vaxt Levinin həyatının sonuna qədər öz hesabına bu qədər məbləği necə toplaya bildiyini müəyyən edə bilməyib. Ancaq o, qadının ABŞ-da böyük bir qəhvə ticarəti şirkətinin ortağı olan zəngin bir əmisi olduğunu öyrənib. O, Levinin valideynlərinə pul göndərib, 44 milyon dollarlıq sərvətini qardaşlarına, uzaq qohumlarına və xeyriyyə təşkilatlarına bağışlayıb.
Adəm
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı














_(1).webp)






















