Maraq dünyası
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
"İngiltərənin ən qorxunc evi" satışa çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
İngiltərədə yerli əhalinin ölkədə "ən tükürpədici" adlandırdığı ev yenidən bazara çıxıb. Üçotaqlı fərdi ev Norfolkdakı Norviç yaxınlığındakı Blofild kəndində yerləşir. Martın 26-da onu hərracda satmaq üçün ilk cəhd uğursuz olub - başlanğıc qiyməti 275 min funt sterlinq olmasına baxmayaraq, alan olmayıb. Qiymət indi 250 000 funt sterlinqə endirilib və may ayında yeni hərrac keçiriləcək.
Qeyd olunur ki, ev həqiqətən qorxulu görünür. Onun fasadı narahatedici qan-qırmızı qraffiti ilə bəzədilib və pəncərələri taxtalarla örtülüb. İçəridə vəziyyət bundan yaxşı deyil: çirkli divarlar, soyulmuş divar kağızları, otaqlara səpələnmiş zibillər və sınıq mebellər. Fotoşəkillərdən görünür ki, bina uzun müddətdir təmir olunmayıb - paslı radiatorlar, çirkli mebellər və bütün səthlərdə qalın toz təbəqəsi var. Evin enerji səmərəliliyi ən aşağı səviyyədə qiymətləndirilir.
Deyilənə görə. malikanə bir neçə ildir boşdur. Təsvirində deyilir ki, ev tam təmir tələb edir və yalnız təmirə əhəmiyyətli vəsait yatırmaq istəyən alıcılar üçün uyğundur.
Adəm
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






































