Maraq dünyası
İt yaşlı sahibinin protez dişlərini oğurlayıb taxdı - FOTO
Çində it sahibinin protez dişlərini oğurlayıb. Qadının nəvəsi görüntüləri internetdə paylaşıb və bu, böyük marağa səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə yerli "Bastille Post" nəşri məlumat yayıb.
Yaşlı qadının nəvəsinin dediyi kimi, nənəsi evdə üç it saxlayır: “007” adlı samoyed, “17” adlı sərhəd kollisi və “3D” adlı dalmaçiyalı. Bildirib ki, "casus" adlı ilk ev heyvanı ən narahat və nadincdir. Bu, ötən gün baş verən bir hekayə ilə bir daha təsdiqlənib. Protezlərini itirən nənə saatlarla onu tapa bilməyib. Axtarmaqdan yorulub oturan qadın bir də görüb ki, samoyed iti onun dişlərini ağzına alıb ortalıqda o yan bu yana qaçır.
Təqaüdçünün dediyinə görə, əvvəlcə çox əsəbiləşsə də, onun “məsum və gülməli baxışları” ev heyvanına uzun müddət əsəbi qalmağa imkan verməyib.
Görüntülər sosial şəbəkələrdə kəskin reaksiyaya səbəb olub və minlərlə izləyici toplayıb. Sosial şəbəkə istifadəçiləri “İtə çox yaraşır”, “Elə bil ki, belə də olmalıdır”, “Nənədən daha gözəl görünür” və “Gülürəm” kimi şərhlərlə emosiyalarını paylaşıblar.
Adəm

-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






































