Maraq dünyası
Nəsli kəsilmiş qorxunc heyvanı klonlaşdırıb həyata qaytardılar
ABŞ-ın "Colossal Biosciences" şirkəti biotexnologiyada sıçrayış edib. Şirkət üçün işləyən alimlər genlərin redaktəsi və klonlanmasından istifadə edərək nəsli tükənmiş qorxunc canavar növünü həyata qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə "Time" jurnalı yazıb.
Məlumata görə, "Canis dirus" adlanan canavar növü Şimali və Cənubi Amerikada yaşayıb. Onların uzunluğu 180 sm-ə qədər olub, çəkisi isə 80 kq-a çatıb. Güclü çənələri və qısa ayaqları ilə fərqləniblər. Onlar bizon və mamont kimi böyük heyvanları ovlaya biliblər. Çox güman ki, iqlim dəyişikliyi səbəbindən 12 000 il öncə nəsilləri kəsilib.
Ancaq alimlərin səyi nəticəsində üç bala - Romulus, Remus və Khalisi yetişdirilib. Komanda 13 000 illik diş və 72 000 illik qulaq sümüyündən bu qorxunc canavarların DNT-sini çıxarıb. Onlar genomları müqayisə edərək, boz canavarın 14 geninə 20 redaktə ediblər. Beləliklə, həmin heyvanların xarakterik xüsusiyyətlərini əldə etməyi bacarıblar.
Klonlaşdırma üçün ənənəvi toxuma nümunələrindən çox qan hüceyrələrindən istifadə edilib. Daha sonra embrionlar itlərə implantasiya edilib və onlar müvəffəqiyyətlə sağlam canavar balalarını dünyaya gətiriblər.
Altı ayda balaların uzunluğu 120 sm-ə çatıb, çəkiləri isə 36 kq-dır. Onlar insanlardan qaçır və vəhşi heyvanlar kimi davranırlar.
"Colossal Biosciences" hesab edir ki, onların texnologiyaları nəsli kəsilməkdə olan növlərin qorunmasına, nəsli kəsilmiş heyvanların təkamül mexanizmlərinin öyrənilməsinə və bu yırtıcıların əsas rol oynadığı ekosistemlərin bərpasına kömək edəcək.
Şirkətin baş direktoru Ben Lamm jurnalistlərə deyib: "Bu, təkcə elmi fantastika deyil - biz biomüxtəlifliyin qorunması məsələsində oyunu dəyişirik".
Ləman
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






































