Maraq dünyası
Dünyanın ən zəngin insanları bu şəhərlərdə yaşayır - SİYAHI
2025-ci il üçün dünyanın zəngin insanlarının yaşadığı şəhərlərin siyahısı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Henley & Partners” və “New World Wealth” birgə hesabat dərc edib.
ABŞ-nin 3 şəhəri TOP 5-də qərarlaşıb.
Belə ki, hesabata görə, Nyu-York 818 senti-milyoner (red.-sərvəti 100 milyon dollar və ya daha çox olanlar) və 66 milyarder daxil olmaqla, 384,500 yüksək sərvətli şəxslə birinciliyini qoruyub-saxlayıb.
Nyu-York
.jpg)
İkinci pilləni 342.400 milyonçu ilə San-Fransisko və ya Silikon Vadisi tutub.
Burada son 10 ildə varlı insanların sayında 98 faiz artım müşahidə edilib.
San-Fransisko
.jpg)
Yaponiyanın paytaxt şəhəri Tokyo 292.300 milyonçu ilə 3-cü yerdədir.
.jpg)
4-cü və 5-ci yerləri isə 242.400, 200.600 milyonçu ilə müvafiq olaraq Sinqapur və Los-Anceles bölüşür.
Sinqapur
.jpg)
Los-Anceles
.jpg)
Ümumilikdə isə Çin ABŞ-dən sonra ən zəngin insanların yaşadığı ölkədir. Belə ki, ilk əllilikdə Birləşmiş Ştatların 11, Çinin isə 6 şəhəri təmsil olunur.
Əvvəlki illərdə dünyanın ən zəngin şəhərlərindən biri olan London reytinqdəki enişini davam etdirir. 2024-cü ildə 5-ci yerə enən London bu il 215.700 milyonçu ilə 6-cı yerdədir.
London
.jpg)
Bundan başqa, Moskva da son 10 ildə 25 faiz geriləyərək 40-cı yerə düşüb. Bu iki şəhər siyahıda mənfi artım göstərən şəhərlər kimi seçilir.
Moskva
.jpg)
Hesabatda Türkiyə ilk 50-likdə yer almasa da, inkişaf etməkdə olan şəhərlərə malik ölkələrdən biri kimi təqdim edilib.
Belə ki, qardaş ölkədə ümumilikdə 40.200 milyonçu, 131 senti-milyoner və 16 milyarder yaşayır ki, onlardan 15.000 milyonçu, 58 senti-milyoner və 10 milyarderi təkcə İstanbulun payına düşür. ("Qafqazinfo")
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
























.png)











