Maraq dünyası
Sirli uçuş: Bu təyyarəyə minənlər harada enəcəklərini bilmirlər - Biletlər 4 dəqiqəyə satıldı
Avropa mərkəzli hava yolu şirkəti “Scandinavian Airlines” macəra sevənlər üçün maraqlı bir səyahət təcrübəsi həyata keçirir.
Publika.az xəbər verir ki, “Destination Unknown” adlanan yeni proqram qısa müddətdə böyük marağa səbəb olub və artıq biletlər tükənib.
Proqrama əsasən, bu uçuşda sərnişinlər təyyarə ünvana çatana qədər hara enəcəklərini bilmirlər. Təyyarə Danimarkanın Kopenhagen Hava Limanından havaya qalxır və yalnız “SAS EuroBonus” loyallıq proqramının üzvləri üçün keçərlidir. Bu proqramda həyata keçirilən sonuncu uçuşun istiqaməti İspaniyanın Sevilya şəhərində olub.
İlk dəfə 2024-cü ildə həyata keçirilən bu sirli uçuşlar qısa zamanda böyük marağa səbəb olub. Builki uçuşun biletləri isə cəmi 4 dəqiqəyə satılıb. Uçuş zamanı marşrutu yalnız pilotlar bilir. Kabin heyəti də daxil olmaqla heç kimin eniş nöqtəsindən məlumatı olmur. Hava limanında isə sərnişinlər “Sirli Uçuş” kimi ümumi ifadələrlə yönləndirilir.
Səyahət həm də viza tələblərinin asanlığı ilə diqqət çəkir. Bütün uçuşlar Şengen zonası daxilində həyata keçirildiyi üçün heç bir əlavə sənədləşmə və ya viza problemi də yoxdur.
Roza
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






































