Maraq dünyası
Hansı daha dadlıdır, süni, yoxsa əsl ət? - Alimlərin araşdırması aranı qarışdırdı
Alternativ zülalları tədqiq edən qeyri-kommersiya təşkilatı NECTAR-ın son tədqiqatının nəticələri, bitki mənşəli ətlərlə heyvan mənşəli ətlər arasında dad fərqləri haqqında müzakirələr elmi aləmini qızışdırıb.
Publika.az xəbər verir ki, bu barədə “Futurism” yazıb.
Təxminən 2700 nəfərin iştirak etdiyi genişmiqyaslı "kor dad testi"ndə tədqiqatçılar ət əvəzedicilərinin dadı və keyfiyyəti ilə bağlı qərəzli təsəvvürləri təkzib etməyə çalışıblar.
"Focus" xəbər verir ki, 2024-cü ilin noyabrından 2025-ci ilin yanvarınadək aparılan araşdırma zamanı iştirakçılara 14 kateqoriyadan 122 bitki mənşəli məhsul təklif edilib, onların hər biri adi ətin analoqu ilə müqayisə edilib. Dequstatorlar hansı məhsulu alacaqlarını bilmədən onları faktura, dad, görünüş və istehlakdan ümumi həzz əsasında qiymətləndiriblər. Adi ətlər ümumiyyətlə daha yüksək reytinq alsa da, iştirakçıların ən azı yarısı tərəfindən 20 bitki mənşəli məhsul ət analoqlarına bərabər və ya daha yaxşı kimi qiymətləndirilib.
"Impossible Foods"un (ət məhsullarının bitki əsaslı əvəzedicilərinin hazırlanması ilə məşğul olan şirkət) xüsusi olaraq hazırlanmış toyuq filesi diqqəti cəlb edib: dequstatorların 32%-i onu real məhsuldan üstün tutub, digər 28%-i isə onları eyni dərəcədə qiymətləndirib.
Bu nəticələr bitki mənşəli və ənənəvi ət arasında dad fərqinin az olduğunu göstərir.
Adəm
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
















.jpg)





















