Maraq dünyası
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
Günəşin istiləşməsi və qocalması prosesi Yer planetində geniş yayılmış istixana effektinə gətirib çıxara bilər və nəticədə planetimizdəki həyatı məhv edə bilər.
Publika.az "Planetary Science" jurnalına istinadən xəbər verir ki, bunu amerikalı alimlərin apardığı son tədqiqatlar müəyyən edib.
Günəş, Kainatın digər ulduzları kimi, getdikcə daha da istiləşir və parlaqlaşır. Alimlərin hesablamalarına görə, Yer planetinin yaranmasından keçən 4,5 milyard il ərzində Günəşin parlaqlığı 30 faiz artıb. Və bu proses kifayət qədər sürətlə davam edir.
Günəş təkamülündə müəyyən bir mərhələyə çatdıqda, radiasiyası o qədər güclü olacaq ki, Yer planetində istixana effekti yaranmağa başlayacaq. Bu, planetimizin kəskin istiləşməsinə gətirib çıxaracaq. Bu isə planetimizdə həyatın mövcudluğu üçün fəlakətli nəticələrə səbəb olacaq. İqlim dəyişikliyinə uyğunlaşa bilməyən bitkilər əziyyət çəkəcək, heyvanlar isə qida mənbəyindən məhrum olacaqlar. Nəhayət, insanlar üçün həyat qeyri-mümkün olacaq.
Alimlər hesab edirlər ki, bu ssenari planetimizdə təxminən bir milyard ildən sonra inkişaf edə bilər.
Adəm
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz














.jpg)























