Maraq dünyası
Ən gözəl həyatı yaşayacaq 5 bürc: Kim xoşbəxtlik dalğasına qapılacaq?

Yeni həftə beş bürcün nümayəndələri üçün əsl möcüzə olacaq. Tarot kartları onlara taleyüklü hadisələr vəd edir və bu hadisələr daha yaxşı bir həyatın başlanğıcına səbəb olacaq.
Publika.az 5 xoşbəxt bürcü təqdim edir:
Dolça
Tarot kartları sizə taledən xüsusi bir hədiyyə vəd edir. Uzun zamandır arzuladığınız həyat nəhayət gerçək olacaq. Bu, sizə yeni başlanğıc imkanı verəcək və arzuların həyata keçdiyinə dair inamınızı gücləndirəcək. Aklınızdakı bütün planları həyata keçirin və sizi ruhdan salmaq istəyənlərin sözlərinə məhəl qoymayın.
Əqrəb
Bazar ertəsindən etibarən xoşbəxtlik həyatınıza daxil olacaq. Hətta düşünməyə belə qorxduğunuz sevinc və qayğısız anlar sizə bütün pislikləri unutduracaq. Əgər özünüzü yorğun hiss edirsinizsə, dincəlməyə zaman ayırın. Hadisələrin axarına buraxın özünüzü və həyatdan həzz alın - hər şey nağıl kimi olacaq.
Qoç
Tarot proqnozu sizə möhtəşəm bir həftə vəd edir. "Küllərdən dirilmək" vaxtıdır - neqativlərlə vidalaşın. Problemlər həyatınızdan çıxıb gedəcək. "Uğur seriyası" başlayır, ona görə özünüzü xoşbəxtlik və macəra ritminə uyğunlaşdırın.
Qız
Arzularınıza doğru irəliləməkdən imtina etməyin, çünki hədəfinizə çox az məsafə qalıb! Son addımlar bir qədər çətin ola bilər, amma öhdəsindən gələcəksiniz. Kainat indiyə qədər uğur üçün etdiyiniz bütün zəhmətin qarşılığını verəcək. Çox yaxında başlayacaq yeni həyat sizi peşman etməyəcək.
Oğlaq
Tarot kartları sizə bütün keçmişlə vidalaşmağı tövsiyə edir. Sizə həyatdan həzz almağa mane olan insanları və xatirələri geridə qoyun. Bəzən sizi aşağı çəkən hər şeylə vidalaşmaq lazımdır ki, həqiqətən azad ola biləsiniz. Tale sizin tərəfinizdədir və siz həyatınızda yeni bir səhifə aça biləcəksiniz.(Milli.Az)

-
MDB16 May 22:20
Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
-
Kriminal16 May 21:43
Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu - Fotolar
-
İdman16 May 21:07
Neymarın bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə
-
Sosial16 May 20:22
Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı
-
Elm və təhsil16 May 19:30
Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərildi - Nə tapşırıldı?
-
Nəqliyyat16 May 19:00
Sabah bu yol bağlanacaq - İki avtobusun hərəkət istiqaməti dəyişdirilir
-
Nida Xəbər 16 May 18:50
İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - Video
-
Region16 May 16:39
İstanbul görüşü başa çatıb?