Maraq dünyası
Avropalı keşişin müəmmalı mumiyasının sirri açıldı
Avstriyada olan qədim mumiyanın sirri açılıb. Tədqiqatçıların fikrincə, 18-ci əsrdə Avstriyada insan qalıqlarını qorumaq üçün bu üsul əvvəllər məlum olmayıb.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, tədqiqatçılar Avstriya kəndindən olan mumiyanın sirrini nəhayət həll ediblər.
Uzun müddətdir ki, saxlanılan mumiyalanmış cəsədin ətrafında çoxlu intriqalar var idi. Qalıqların 1746-cı ildə 37 yaşında ölən və mumiyaya "havada qurudulmuş keşiş" ləqəbini qazandıran aristokrat Frans Ksaver Zidler von Rozeneqin təbii şəkildə qorunub saxlanmış cəsədi olması haqda şayiələr var idi.
İndi ekspertlər cəsədin mumiyalaşdırıldığını, qarın və çanaq boşluqlarının ağac qırıntıları, parçalanmış budaqlar, çətənə və ipək kimi parçalar və sink xlorid - bədənin içindəki mayeləri uda bilən materiallarla doldurulduğunu söyləyirlər.
"Frontiers in Medicine" jurnalında dərc olunan məqalədə mumiyanın əvvəllər ekspertlər tərəfindən xaricdən müayinə edildiyi və digər testlər arasında rentgen şüalarından istifadə edildiyi bildirilib. Mumiyanın aşağı sol bağırsağında yuvarlaq bir quruluş aşkar edilib və bu da meyitin içərisində bir növ "zəhərli kapsul" olduğuna dair şayiələri gücləndirib.
Mumiyanın, böyük ehtimalla 35-45 yaşlarında olan kişiyə aid olduğu və dəri nümunəsinin radiokarbon analizi onun 1734-1780-ci illər arasında öldüyünü göstərib.
Skeletdə heç bir stress əlamətinin olmaması onun nisbətən asan həyat sürən bir adam olduğunu göstərir.
“Zəhərli kapsul”a gəlincə, tədqiqatçılar bu əşyanın şüşə muncuq olduğunu aşkar ediblər.
Mumya üzərində işləyən komanda əlavə edib ki, Zidlerin ölüm səbəbi, ehtimal ki, vərəm nəticəsində ağciyərlərə qanaxma olub.
Adəm
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub


































.jpg)




