Maraq dünyası
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
NASA veteranı və SETI layihəsinin iştirakçısı doktor Riçard H. Stenton, Yerə nisbətən yaxın olan iki ulduzdan qeyri-adi optik impulslar aşkar etdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə RG nəşri yazıb.
Uzun illər apardığı müşahidələr zamanı o, Shay Meadow Rəsədxanasının teleskopu və öz dizaynı olan fotometrdən istifadə edərək 1300-dən çox ulduzu tədqiq edib.
2023-cü ilin may ayında Stenton 100 işıq ili uzaqlıqda yerləşən HD 89389 ulduzundan 4,4 saniyə aralıda iki eyni işıq impulsunu aşkar edib. O, məlum mənbələrin - peyklərdən və təyyarələrdən tutmuş atmosfer hadisələrinə qədər təsirini istisna edib və qeyd edib ki, parlaqlığın belə kəskin və qısamüddətli dəyişmələrini təsadüfi səs-küy və ya turbulentliklə izah etmək olmaz.
O, üç dəfə oxşar siqnalları qeydə alıb, sonuncu dəfə 2025-ci ilin yanvarında. Bütün hallarda impulslar oxşar quruluşa malik olub. Bənzər bir siqnal 2019-cu ilin arxivində 50 işıq ili uzaqlıqda yerləşən HD 217014 ulduzundan da alınıb.
Alimin fikrincə, impulsların mürəkkəb strukturunun təkrarlanması təsadüfi istisna edir və əlavə araşdırma tələb edir. Siqnalın xarakteri naməlum olaraq qalır.
Tural
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)


















