Maraq dünyası
Butulkada göndərilən məktub 66 il sonra bu ölkənin sahilində tapıldı: Görün nə yazılıb
Polşada məktəblilər 1959-cu ildə göndərilmiş, içində sevgi məktubu olan butulka tapıblar.
Publika.az xəbər verir ki, bu barədə məlumat UPI yayıb.
On yaşlı oğlanlar Erik və Kuba Baltik dənizi sahilində, Qdanskda Stoki çimərliyi yaxınlığında İkinci Dünya Müharibəsi istehkamları yaxınlığında gəzərkən şüşə butulka aşkar ediblər. Onun içərisində 1959-cu ildə Tarnov şəhərindən olan Rıysa adlı qızın yazdığı saralmış məktub olub.
"Dovşan" adlandırdığı şəxsə ünvanlanan 66 yaşlı məktubda müəllif sevgilisi üçün darıxdığını etiraf edib.
"Mən sakit və təvazökaram, heç kimlə dost deyiləm, sadəcə kişilərdən qaçıram" deyə qız yazıb. Bundan əlavə, Rıysya özünü "dəhşətli eqoist" adlandırıb, lakin daim sevgilisi haqqında düşündüyünü bildirib.
Şagirdlər məktubun müəllifini və ya onu almalı olan şəxsi tapmaq ümidi ilə yerli muzeylə əlaqə saxlayıblar. Oğlanların dediyinə görə, butulka altı onillik dəniz suyunda qalmasına baxmayaraq yaxşı vəziyyətdədir.
Tural
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)


















