Maraq dünyası
Pişiyinizin sizi sevdiyini göstərən 5 əlamət
Pişiklərin sahiblərinə olan sevgisini birbaşa göstərməməsi onların insanlara qarşı münasibətini anlamağı çətinləşdirir. “Pişiyim məni həqiqətən sevir, yoxsa yalnız yemək üçün yanımdadır?” sualı bir çox heyvan sahiblərini düşündürür.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, pişiklər sahiblərinə olan sevgilərini əsasən 5 davranış ilə yansıdırlar.
Həmin davranışları təqdim edirik:
Yavaş göz qırpma
Pişiyiniz sizə baxarkən yavaş-yavaş gözlərini yumub-açırsa, bu, sizə güvəndiyini və sevdiyini göstərir. Bu, pişiklərin öz aralarında istifadə etdiyi “sevgi dili”dir.
Başını sürtmək
Pişik sizə başını sürtürsə, bu, sizi öz bölgəsinin bir hissəsi kimi qəbul etdiyini göstərir. Eyni zamanda sizinlə emosional bağ qurmaq istədiyini bildirir.
Hədiyyə gətirmək
Əgər pişiyiniz sizə oyuncaq və ya ovladığı bir şeyi gətirirsə, bu, sizi düşündüyünün və önəm verdiyinin əlamətidir.
Yanınızda yatmaq
Pişik yalnız özünü təhlükəsiz və rahat hiss etdiyi insanların yanında yatır. Əgər sizinlə eyni yerdə yatırsa, bu, sizə olan güvəninin göstəricisidir.
Quyruğunu ətrafınıza dolamaq
Pişiyiniz quyruğunu ayağınıza və ya qolunuza dolayırsa, bu, pişiklərin dünyasında əl tutmaq kimidir. Bu davranış sevgisini və yaxınlığını ifadə edir.
Roza
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)




















