Maraq dünyası
Dünyanın ilk trilyonçusu o olacaq: İnsanlar buna niyə qəzəblənib? - FOTO
İlon Maskın 2027-ci ilə qədər tarixin ilk trilyonçusu olacağı proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbərinin sərvəti hazırda 412 milyard dollar olaraq qiymətləndirilir və təkcə son ticarət günündə 6,4 milyard dollar artıb. Çoxsaylı qalmaqallara və tənqidlərə baxmayaraq, Mask hələ də planetin ən zəngin adamları siyahısında birinci yerdədir.
Qeyd olunur ki, bu yaxınlarda mətbuatda dəfələrlə Maskın trilyon dollarlıq kapitalın ilk sahibi olacağı barədə məlumatlar yayılsa da, sosial şəbəkələrdə yayılan başqa bir viral paylaşım müzakirələri yenidən qızışdırıb və qəzəb yaradıb.
“Bir trilyon dəhşətli məbləğdir”, - yazan bir sosial şəbəkə istifadəçisi bu məbləğin miqyasını izah etməyə çalışıb:
"Bir milyon saniyə 11 gündür.
Bir milyard saniyə 31 ildir.
Trilyon saniyə 31,709 ildir".
Şərhlərdə bir çoxlarını qıcıqlandıran odur ki, Mask aclıq və evsizliyə son qoymaq üçün bütün resurslara malikdir, amma o, bunu etmir.
İstifadəçilər istehza ilə belə şərhlər yazırlar: “Trilyonerin varlığında çox pis bir şey var”, "O, dünyanı xilas edə bilərdi, amma yalnız internetdə qəribə olmağı seçir", "Bu, bizim 99 faizimizi radikallaşdırmalıdır", “Kapitalizm sosializmdən yaxşıdır, çünki hər kəs deyil, bir nəfər trilyonçu olur”.
Bildirilir ki, İlaon Mask heç vaxt yerinə yetirmədiyi dünya aclığı problemini həll etmək vədinə görə daha çox məzəmmət olunub.
Adəm

-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi




































