Maraq dünyası
Ən böyük kəhrəba külçəsi bu qiymətə satıldı
"Rostec"in Kalininqrad Kəhrəba Zavodu tərəfindən hərracda təqdim edilən "Baltikyanı Suvenir" adlı ən böyük kəhrəba külçəsi bir milyon rubldan çox qiymətə satılıb.
Publika.az xəbər verir ki, bu barədə zavodun mətbuat xidməti məlumat yayıb.
Moskvada ilk dəfə keçirilən "AmberForum25" kəhrəba sənayesi forumu çərçivəsində kəhrəba külçələrinin unikal auksionu keçirilib.
Hərrac iştirakçılarının diqqətini bu günlərdə nadir hallarda rast gəlinən, çəkisi bir kiloqram və daha çox olan iri kəhrəba nümunələri cəlb edib. 2024-cü ildə on belə külçə, bu il isə indiyədək cəmi beşi tapılıb. Keçmiş hərracda təqdim edilən ən böyük külçə 2,122 kiloqram ağırlığında “Baltikyanı Suvenir” daşı olub. Bu nümunənin qiyməti 53 dəfə artıb və nəticədə 650 min rubldan 1,18 milyon rubla yüksəlib.
Qeyd edilib ki, “Baltikyanı suvenir” külçəsi qeyri-adi quruluşa malikdir. Əvvəlcə qatran ağacın gövdəsinə nüfuz edib, nəticədə külçənin birinci hissəsi əmələ gəlib. Ağac qabığı şəklində təbii maneə məhv edildikdən sonra qatran yuxarıdan axmağa müvəffəq olub. Çalarların geniş çeşidinə açıq tutqun, şəffaf bal və konyak-qırmızı rənglər daxildir.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















