Maraq dünyası
Onların könlünü almaq asan deyil - Kinli və bağışlamayan bürclər
Bəzi insanlar səhvləri tez unudub qarşısındakını bağışlaya bilir, bəziləri isə uzun müddət kin saxlayır və bağışlamaqda çətinlik çəkir. Astrologiyaya görə, elə bürclər var ki, xüsusilə incikliklərini unutmurlar və asanlıqla barışmırlar.
Publika.az xəbər verir ki, aşağıdakı dörd bürc isə kin saxlayan və bağışlamaqda çətinlik çəkən bürclər arasında ilk sıralarda yer alır:
Əqrəb – Həssas və dərin duyğulara malik olan Əqrəblər xəyanəti və aldatmağı asanlıqla bağışlamır. Onlar bir dəfə etimadını itirən insana qarşı uzun müddət kin saxlaya bilirlər.
Oğlaq – Ciddi və məsuliyyətli xarakterə malik Oğlaqlar alçaldıldıqlarını və ya haqsızlığa uğradıqlarını unutmazlar. Onlar üçün etibar əsasdır və itirilən etibar asanlıqla geri qazanılmır.
Xərçəng – Emosional və incəqəlbli Xərçənglər hisslərinə toxunulduqda dərindən inciyirlər. Görünüşdə bağışlasalar da, içlərində həmin hadisəni uzun müddət unutmurlar.
Buğa – Dəyişikliklərə qarşı müqavimətli olan Buğalar yaşadıqları pis təcrübələri asanlıqla yaddaşlarından silə bilmirlər. Onlar üçün münasibətlərdə sabitlik və dürüstlük çox önəmlidir, bu pozulanda isə bağışlamaq çətin olur.(Yenisabah.az)
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq


































