Maraq dünyası
Bermud üçbucağının sirri açıldı
Avstraliyalı alim Karl Kruşelnitski Bermud üçbucağının sirrini açdığını iddia edir.
Publika.az xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb.
K.Kruşelnitskinin sözlərinə görə, bu ərazidə gəmi və təyyarələrin yoxa çıxmasında anomaliya yoxdur. O hesablayıb ki, Bermud üçbucağında itkin düşən gəmi və təyyarələrin sayı dünya okeanının digər hissələri üçün orta göstəricini keçmir.
Bermud üçbucağında müntəzəm baş verən təyyarə və gəmi qəzalarının çoxluğunu alim bu ərazidə hərəkətin sıxlığı ilə izah edir ki, bu da gediş-gəlişi çətinləşdirir.
Bermud üçbucağı Atlantik okeanının Florida, Bermud adaları və Puerto Riko arasında olan hissəsidir. Rəvayətə görə, orada təyyarələr və gəmilər xüsusilə tez-tez yox olur. Ən məşhur nümunə 1945-ci ildə beş Amerika qırıcılarının yoxa çıxmasıdır.
Bermud Üçbucağında baş verənləri bəzən Atlantida texnologiyasının hərəkəti, yadplanetlilərin müdaxiləsi və ya paralel kainata cisimləri sovuran kosmos-zaman yarığı ilə izah edirlər.
(Teleqraf)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















