Maraq dünyası
Eşşək arıları bu insanları daha çox sancır: Səbəbi açıqlandı
Yay aylarının qorxulu tərəflərindən biri olan eşşək arıları (Black Hornet) bəzi insanları digərlərinə nisbətən daha çox hədəf alır. Bəs bunun səbəbi nədir?
Publika.az xəbər verir ki, alman bioloq Saskia Şneyder hornetlərin bu qəribə davranışlarını izah edib.
Onun sözlərinə görə, bu növlər hətta bəzi insanları xüsusilə təqib edib sancırlar. Mütəxəssis bu davranışın arıların təbii instinktlərindən qaynaqlandığını və müəyyən amillərin onların diqqətini çəkə biləcəyini açıqlayıb:
Kosmetik ətirlər: Ətirlər, günəş kremləri, saç üçün gellər, çiçək və ya meyvə ətirli kremlər hornetləri cəlb edir.
Siqnal feromonları: Sancma zamanı buraxılan qoxu molekulları buna təsir edə bilər. Xüsusilə spirtli içkilərdə olan molekullar hornetləri daha aqressiv edir.
Parlaq geyim: Sarı, yaşıl və ağ kimi rənglər hornetləri cəlb edir, qırmızı isə qara kimi qəbul edilir.
Bədən qoxusu: Bəzi insanların təri və ya təbii feromonları hornetləri daha çox cəlb edir.
Mütəxəssislər hornetlərlə qarşılaşdıqda təşvişə düşmədən yavaş-yavaş uzaqlaşmağı məsləhət görürlər. Bundan əlavə, güclü ətirlərdən və meyvəli kosmetikadan istifadədən, parlaq və göz oxşayan geyimlərdən qaçınmaq riski azaltmağa kömək edir.
Roza
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















