Maraq dünyası
Bermud üçbucağının sirri tapıldı: Elmi faktlar
Araşdırmalar nəticəsində Bermud üçbucağının sirr pərdəsi aradan qaldırılıb.
Publika.az xəbər verir ki, Florida, Puerto Riko və Bermud adaları arasındakı bu okean bölgəsi sirli yoxa çıxmalarla bağlı illərdir müzakirə mövzusudur.
İngiltərədə "Channel 5" tərəfindən hazırlanan "The Bermud Triangle Enigma" sənədli filmində Sauthempton Universitetinin okeanoqrafı Simon Boxall itkilərin ən məntiqli izahının nəhəng dalğalar (rogue waves) olduğunu bildirib.
"Cənubdan və şimaldan gələn fırtınalar birləşəndə, Floridadan əlavə bir fırtına da vurduqda, bu, ani və son dərəcə güclü dalğaların yaranmasına səbəb olur. Bu dalğalar digərlərindən iki dəfə böyükdür”, - deyə Boxall qeyd edib.
Tədqiqatçı Larri Kuşe 1975-ci ildə yazdığı "Bermud üçbucağının sirri həll edildi" kitabında bölgədəki hadisələrin əksəriyyətinin şişirdilmiş, yalan və ya təsdiqlənməmiş olduğunu vurğulayıb.
2013-cü ildə aparılan araşdırmada isə naviqasiya üçün dünyanın ən təhlükəli əraziləri siyahıya alınsa da, Bermud üçbucağı daxil edilməyib.
Qeyd edək ki, Bermud üçbucağı ilk dəfə 1945-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin “19 Flight” təyyarəsinin yoxa çıxması ilə dünyanın diqqətini çəkib. Sonrakı hadisələr bu ərazinin "fövqəltəbii güclərə" malik olması ilə bağlı şayiələri gücləndirib. Hətta bəziləri bunu yadplanetlilər tərəfindən istifadə edilən "portal" kimi qiymətləndirib.
Roza
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















