Maraq dünyası
Ölkədə ən çox tatusu olan adam idi: 170-ni sildirdi
"Ən çox tatusu olan braziliyalı" ünvanınan sahib olan Liandro de Souza 170 tatudan xilas olub.
Publika.az xəbər verir ki, Souza üzündəki döymələri sildirərək tanınmayacaq qədər dəyişib.
Əvvəllər Souzanın bədəninin təxminən 95%-i döymələrlə örtülmüşdü. O, bu yaxınlarda üzündə olanlar da daxil olmaqla 170 döyməni lazerlə sildirib.
“Ağrı döymə etdirən zamandan üç dəfə güclüdür. Anesteziya ilə belə, dözülməzdir", - o deyib.
Souza əlavə edib ki, bu qədər döymə etdirdiyinə görə peşmandır.
Onun sözlərinə görə, bu sahəyə həddindən artıq həvəsi 2015-ci ildə həyat yoldaşından boşandıqdan sonra başlayıb və alkoqol asılılığı ilə müşayiət olunub. Braziliyalı həddən artıq tatunun onun iş tapmasına mane olduğunu və arzuolunmaz dərəcədə diqqət cəlb etdiyini diqqətə çatdırıb.
"Özümü pis hiss edirdim, elə bil sirk əməkdaşı idim", - deyən Souza etiraf edib ki, dindar olduqdan sonra döymələrini sildirmək qərarına gəlib.
Artıq ötən ay o, iş tapa bilib və hazırda optika salonunda məsləhətçi kimi fəaliyyət göstərir.
Ləman
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















