Maraq dünyası
Maskın qarşısına ciddi rəqib çıxdı: Statusu əldən gedir
Proqram təminatı istehsalçısı "Oracle"ın qurucusu Larri Ellison dünyanın ən zəngin və nüfuzlu iş adamı statusu uğrunda mübarizədə "Tesla" və "Space X"in baş direktoru İlon Maskın ən yaxın rəqibinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 10-da Ellisonun ümumi kapitalı 364 milyard dollara çatıb. Son 24 saat ərzində onun sərvəti 70 milyard dollar artıb. Buna baxmayaraq, Mask hələ də dünyanın ən zəngin iş adamları siyahısına başçılıq edir, lakin onun bu titul uğrunda ən yaxın rəqibi sürətlə liderə çatır. Mask və Ellisonun sərvətləri arasındakı fərq son vaxtlar 20 milyard dollara qədər azalıb.
Qeyd edək ki, "Oracle" 2026-cı maliyyə ilinin birinci rübü üçün maliyyə hesabatlarını dərc etdikdən sonra Ellisonun sərvəti yüksəlib. Şirkətin "bulud" texnologiyalarından əldə etdiyi gəlir 28 faiz artaraq 7,2 milyard dollara çatıb.
Xatırladaq ki, Ellisonun 81 yaşı var. Sahibkar şirkətə 37 il rəhbərlik etdikdən sonra 2014-cü ilin sentyabrında "Oracle"ın baş direktoru vəzifəsini tərk edərək direktorlar şurasının sədri və texniki direktor vəzifəsinə keçib.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















