Maraq dünyası
Marsda həyat olub - NASA sübutları tapdı
NASA Marsda qədim zamanlarda həyatın olduğuna dair sübutlar aşkarlayıb.
Publika.az xəbər verir ki, amerikalı astronomlar ABŞ-ın Mars aparatı "Perseverance" tərəfindən toplanan nümunələrdə qədim həyat formalarının izlərini tapdıqlarını düşünürlər.
Bu barədə agentliyin elmi proqramlar üzrə rəhbəri Nikki Foks danışıb.
Bildirilib ki, ötən il “Perseverance” roveri qırmızı planetdə “bəbir naxışı”na bənzəyən xarakterik ləkələri olan qaya tapıb və bu, tədqiqatçılarda böyük marağa səbəb olub. Onlar bu ləkələrin mikrobların əlavə məhsulları ola biləcəyi qənaətinə gəliblər.
Həmin ləkələrdə iki dəmirlə zəngin mineral olub: vianit (hidratlanmış dəmir fosfat) və qreigit (dəmir sulfid).
Vianit Yerdə çöküntülərdə, torf bataqlıqlarında və çürüməyə yaxın olan üzvi maddələrdə olur. Planetimizdəki mikroorqanizmlərin bəzi formaları qreigit əmələ gətirə bilir.
NASA rəsmisi Şon Daffi qeyd edib ki, Qırmızı Planetdə potensial bioimzanın müəyyən edilməsi inqilabi kəşfdir. Onun sözlərinə görə, bu, Mars haqqında anlayışımızı yaxşılaşdıracaq.
Ləman
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















