Maraq dünyası
Dubay əmiri malikanəsini söküb yerində görün nə tikəcək
Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktum Surreydəki rəngli malikanəsini söküb yerində əvvəlkindən üç dəfə böyük saray, həmçinin xüsusi məclislər təşkil etmək məqsədiylə bina tikmək üçün rəsmi icazə alıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, yeni malikanə 1500 kvadratmetrdən çox sahəyə və təxminən 1000 kvadratmetrlik nəhəng yeraltı hissəyə malik olacaq. Hər birinin ayrıca vanna otağı olan səkkiz yataq otaqlı, o cümlədən nəhəng qonaq otağı və soyunub-geyinmə otağı, hovuzu, idman zalı, saunası, kinoteatrı, parkinq və əyləncə üçün xüsusi pavilyonu olan bu sarayı xəyalların malikanəsi adlandırmaq olar.
Yenidənqurma işləri şeyxin 1990-cı illərdə 75 milyon funt-sterlinqə aldığı Lonqkross Esteytdə reallaşacaq.
Qeyd edək ki, əmirin qonşuları ilə münasibətlərinin yaxşı olmadığı deyilir. Çünki o, 2018-ci ildə qonşulardan icazəsiz malikanəsində üstü tikanlı məftillərlə örtülmüş "həbsxanaya bənzər" hasar çəkərək, çoxəsrlik ağacları kəsib və malikanəsinə yol çəkib. Yerli sakinlər şeyxin mülkünü “ölüm düşərgəsi” ilə müqayisə ediblər. Hakimiyyət daha sonra tikintini qanuniləşdirib.
Bildirilir ki, sərvəti 14 milyard funt sterlinq dəyərində qiymətləndirilən Şeyx Məhəmməd üçün bu, ilk böyük transformasiya - yenidərqurma deyil. Belə ki, o, "Palm Adaları"nı, "Burj Əl Ərəb" otelini və "Burj Xəlifə" qülləsini inşa etdirməklə Dubayı dünyanın ən müasir meqapolislərindən birinə çevirib.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































