Maraq dünyası
Bloqer övladının doğulmasını canlı yayımladı: 15 min nəfər izlədi - FOTO/VİDEO
Populyar "Twitch" bloqeri Fandi əvvəllər heç kimin cəsarət etmədiyi addımı atıb - o, övladının doğulmasını canlı yayımlayıb. 15 mindən çox insan körpənin dünyaya gəldiyi anı izləyib.
Publika.az xəbər verir ki, bu hadisə qısa müddətdə sosial mediada böyük rezonans doğurub.
Yayım zamanı həm gərgin, həm də emosional anlar yaşanıb. Fandinin zarafatları, iniltiləri və doğuş prosesindəki səmimi davranışları izləyicilərin diqqətini çəkib.
Bloqer doğuşu ev şəraitində, divan əvəzinə şişmə hovuzda həyata keçirib. Səkkiz saat davam edən canlı yayıma “Twitch” platformasının CEO-su da qoşularaq Fandiyə uğurlar arzulayıb.
Hadisə ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bloqeri həyatın reallıqlarını gizlətmədiyi üçün alqışlayıb, digərləri isə doğuşun canlı yayımlanmasının etik tərəflərini müzakirə ediblər.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































