Maraq dünyası
Bütün dünyanın axtardığı tarixi artefaktı təsadüfən həyətdən tapdı - VİDEO
ABŞ-də maraqlı hadisə baş verib.
Publika.az ABC News-a istinadən xəbər verir ki, Nyu Orlean sakinləri təsadüfən öz həyətlərində onilliklər ərzində itmiş hesab edilən qədim Roma artefaktını aşkar ediblər.
"Onlar alaq otlarının altından üzərində latın yazısı olan mərmər lövhə tapıblar. Bundan sonra Tulan Universitetinin antropoloqu Daniella Santoro həmkarlarına tapıntı haqqında danışıb. Arxeoloq Suzanna Lusnia isə tapıntının "Sextus Congenius Verus" adlı Roma dənizçisinin məzar daşı olduğunu müəyyən edib",- nəşr yazıb.
Tədqiqatçının sözlərinə görə, döyüşçünün 42 yaşı olub və tibb tanrısı olan Asklepinin adını daşımış gəmidə xidmət edib. O, 20 ildən çox imperiya donanmasında fəaliyyət göstərib. Məlum plitə isə ehtimal edilir ki, onun varisləri, əsgər yoldaşları tərəfindən sifariş edilib. Çünki bunu onun ailəsi edə bilməzdi, Roma əsgərlərinə evlənmək qadağan olub.
Artefakt Romadan təxminən 50 kilometr aralıda yerləşən Civitavekkya şəhəri yaxınlığındakı qədim hərbi nekropoldan götürülüb. Onu 1910-cu ildə tapıblar. Lakin İkinci Dünya Müharibəsindən sonra lövhə yoxa çıxıb. Çünki plitənin saxlanıldığı Milli Arxeologiya Muzeyi bombardıman zamanı dağılıb. Tapıntının ölçüləri muzeydəki keçmiş qeydlərə də tam uyğun gəlib.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


