Maraq dünyası
"Poverbank" sərnişin dolu təyyarəni necə məhv edə bilər? - VİDEO
Çində təyyarələrdən birində gözlənilməz insident yaşanıb.
Publika.az Baza Teleqram kanalına istinadən xəbər verir ki, “Air China” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsinin göyərtəsində yanğın baş verib. İlkin məlumatlara görə, yanğın çantada saxlanılan "poverbank"dan qaynaqlanıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Videoda içərisində sərnişin olan təyyarənin salonunda yanğının başlaması əks olunub.
Yerli media isə yazır ki, fövqəladə hadisə təyyarə Hançjoudan Seula uçarkən təxminən 10 kilometr yüksəklikdə baş verib.
"Yanğın sərnişinlərdən birinin başı üzərində olan yük yerində baş verib, bundan sonra tüstü sürətlə salona yayılmağa başlayıb",- media yazıb.
Ekipaj Şanxay Pudonq hava limanında təcili eniş qərarı qəbul edib. Lakin stüardessalar enişdən əvvəl yanğını söndürə biliblər. Mütəxəssislər insidenti əsas gətirərək nəzarətsiz qalan, təyyarəyə götürülən adi şarj cihazının səmada necə təhlükə yarada biləcəyi, onun böyük fəlakət və faciəyə ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Tural
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































