Maraq dünyası
Tualetlərə kamera quraşdırılacaq - Bu məlumatlar toplanır
ABŞ-ın “Kohler” şirkəti yeni nəsil “Dekoda” adlı “ağıllı” sanitar sistemini təqdim edib.
Publika.az xəbər verir ki, bu cihaz birbaşa unitaza quraşdırılır və istifadəçinin sağlamlıq göstəricilərini avtomatik şəkildə izləməyə imkan yaradır.
Sistem optik sensorlarla təchiz edilib və onların köməyi ilə insanın bağırsaq fəaliyyəti, orqanizmin maye balansı haqqında məlumat toplanır. Sensorlar elə yerləşdirilib ki, məlumatların toplanması zamanı şəxsi məxfilik qorunur.
“Dekoda” sistemi nəcisin tezliyini, formasını və tərkibini analiz edir, nəticələri isə xüsusi mobil tətbiqə göndərir. Əgər analiz zamanı sağlamlıqla bağlı hər hansı təhlükəli əlamət aşkar olunarsa, tətbiq istifadəçiyə xəbərdarlıq göndərir.
Şirkət bildirir ki, cihaz yalnız açıq rəngli unitazlarda dəqiq işləyir, çünki sensorların düzgün analiz üçün kifayət qədər işığa ehtiyacı var.
Sistemdə həmçinin istifadəçiləri tanımaq funksiyası da mövcuddur. Bu, divara quraşdırılmış pultdakı barmaq izi skaneri vasitəsilə həyata keçirilir.
"Kohler Health" mobil tətbiqi artıq "App Store"da mövcuddur. Cihazın qiyməti 599 dollar (1018 manat) təşkil edir. İstifadə üçün bir nəfərə 7 dollar, beş nəfərlik ailə üçün isə 13 dollar əlavə aylıq abunə tələb olunur. (milli.az)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































