Maraq dünyası
Jirinovskinin iqamətgahı satışa çıxarıldı: "Dodaq uçuqladan" qiymət - FOTOLAR
Rusiya Liberal Demokrat Partiyasının mərhum lideri Vladimir Jirinovskinin iqamətgahı satışa çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, iqamətgah 800 milyon rubla (təxminən 16 milyon 737 min 600 AZN) satılır.
Kuzminkidə yerləşən sarı-narıncı rəngli daşınmaz əmlak 5000 kvadratmetrdən çox ərazini tutur.
Köşk dörd binadan, 50 avtomobil üçün dayanacaqdan və hətta meşədən ibarətdir. İnteryer "90-cı illərin" ruhunu saxlayır: yumşaq divanlar, kilimlər və mebellər. Kompleksin altındakı torpaq sahəsi 2052-ci ilə kimi icarədədir.
Qeyd edək ki, Jirinovskinin sağlığında iqamətgah ciddi şəkildə qorunurdu, lakin onun ölümündən sonra mühafizəçilər tədricən oradan köçüblər. Binada təmir bu ilin yayında başlayıb.
Məlumata görə, mülkün sahibi kimi Jirinovskinin keçmiş müttəfiqi Sergey Abeltsevin həyat yoldaşına məxsus Qorki sovxozu qeyd olunub. O, 2024-cü ildə külli miqdarda dələduzluq etdiyinə görə həbs edilib.
Adəm


-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































