Maraq dünyası
ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi? - Maraqlı FAKT
ABŞ Hərbi Hava Qüvvələri hələ də dünyanın ən sürətli təyyarəsi hesab edilən əfsanəvi "SR-71 Blackbird" kəşfiyyat təyyarəsini fəaliyytdən kənarda saxlayıb.
Publika.az xəbər verir ki, "The National Interest" məsələyə aydınlıq gətirib.
Nəşr qeyd edir ki, bu unikal təyyarənin hava qüvvələrindən kənarlaşdırılması hərbi büdcənin kəsilməsi və kəşfiyyat platformasının texnoloji cəhətdən köhnəlməsi nəticəsində baş verib.
1960-cı illərdə hazırlanmış "SR-71" öz dövrünün mühəndislik dahisinin simvoluna çevrildi. Sürəti saatda 3500 kilometri, hündürlüyü isə 25 kilometri keçə bilən bu döyüş təyyarəsi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilmədən düşmən ərazisinin dərinliklərinə nüfuz edə bilirdi. Bununla belə, 1980-ci illərdə ABŞ ekipajı riskə atmadan strateji məlumat toplamağa imkan verən peyk kəşfiyyat sistemləri əldə etmişdi.
Bildirilir ki, "SR-71"in istismarı çox baha başa gəlib. Hər "Blackbird" ("Qara quş") missiyası kompleks hazırlıq və texniki xidmət tələb edirdi.
Qeyd olunur ki, yüksək qiyməti ilə yanaşı, təyyarə texnoloji cəhətdən köhnəlmişdi. Onun kəşfiyyat avadanlığı analoq olaraq qaldı. Bu isə real vaxtda kəşfiyyata ehtiyac duyulduğu bir dövrdə məlumat əldə etmə prosesini zəiflətdi.
Xatırladaq ki, yüksək əməliyyat xərcləri, praktiki dəyərin azalması və kosmik kəşfiyyatın sürətli inkişafı məlum qərarın verilməsinə səbəb oldu. 1998-ci ildə ABŞ Hərbi Hava Qüvvələri "SR-71 Blackbird"dən imtina etdi.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































