Maraq dünyası
Alimlər şad xəbəri çatdırdı: Yeni Yer tapıldı - Həyat üçün bütün şərtlər var
Beynəlxalq astronomlar qrupu xüsusiyyətlərinə görə Yerə bənzəyən ekzoplanetin kəşf edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, planet “GJ 251 c” adlanır və Yerdən təxminən 18 milyon işıq ili uzaqlıqda yerləşir. Həyatın inkişafı üçün lazım olan bütün şərtlərə cavab verdiyi qeyd olunur. Bu barədə “NotebookCheck” “IOPscience” nəşri məlumat yayıb.
Kəşf ulduzlardan gələn infraqırmızı siqnalları aşkar edən “Habitable Zone Planet Finder” spektroqrafı sayəsində mümkün olub. Tədqiqata görə, “GJ 251 c” Günəşin kütləsinin təxminən 36%-i olan, lakin səthinin temperaturu iki dəfə yüksək olan qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Buna baxmayaraq, planet öz ulduzundan cəmi 12 milyon kilometr uzaqda, "yaşayış zonası" deyilən yerdədir.
Planet və Ekzoplanet Elm və Texnologiya Konsorsiumunun astrofiziki Suvrat Mahadevanın sözlərinə görə, “GJ 251 c” növbəti 5-10 il ərzində atmosfer əlamətləri və mümkün həyatın axtarışı üçün ən perspektivli namizədlərdən biridir. Eyni zamanda, alimlər vurğulayırlar ki, son nəticəni yalnız atmosferin sıxlığını müəyyən etməyə qadir olan yeni nəsil teleskoplardan istifadə edərək əldə etmək olar.
Planetin hazırda öz ulduzu ətrafında tam orbitini 14 gün ərzində tamamladığı məlumdur və onun Günəş sistemindən kənarda ilk təsdiqlənmiş Yerə bənzər planet olub-olmadığını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO


















.webp)













.jpg)


