Maraq dünyası
Bu ölkədə qadınlar hökumətdən kütləvi şəkildə kompensasiya tələb edirlər
Son bir həftə ərzində Qrenlandiyada 20 qadın orqanizmlərinə məcburi tibbi müdaxilələrə görə kompensasiya tələbi ilə müraciət edib.
Publika.az xəbər verir ki, Qrenlandiyanın Ədliyyə və Gender Bərabərliyi Nazirliyi onların hər birinin 300 min kron (təxminən 43 min dollar) ala biləcəyini bildirib. Qadınlara 1992-ci ildən sonra onların razılığı olmadan uşaqlıqdaxili spirallar və digər kontrasepsiya vasitələri implantasiya edilib.
Sentyabrda Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiya hökuməti zərərçəkənlərdən rəsmi olaraq üzr istəyib. Spiralların məcburi qoyulması təcrübəsi onilliklər boyu davam edib, lakin mövcud kompensasiya sxemi yalnız Qrenlandiyanın səhiyyə sistemi üçün müstəqil məsuliyyəti öz üzərinə götürdüyü 1992-ci ildən sonrakı hallara şamil edilir.
Daha əvvəl Səhiyyə Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, 1960-1970-ci illərdə ən azı 4070 qrenlandiyalı qadın və qıza zorla spiral implantasiya edilib. Bunlardan 143 qadın artıq hökumətə qarşı iddia qaldıraraq insan hüquqlarının pozulmasına görə ümumilikdə 43 milyon kron (6,1 milyon dollar) məbləğində təzminat tələb edib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































