Maraq dünyası
İlanlarda niyə böyrək daşı əmələ gəlmir? - ARAŞDIRMA
Corctaun Universitetinin alimləri ilanların və digər sürünənlərin sidik tullantılarının bir hissəsini bərk, ağ, təbaşir kimi kristallar şəklində ifraz etdiklərini aşkar ediblər. Bu kristallaşma isə insanlarda olduğu kimi böyrək daşlarının əmələ gəlməsinə səbəb olmur.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "American Chemical Society" jurnalında dərc olunub.
Tədqiqatçılar güclü mikroskoplardan istifadə edərək uratları - sürünənlərin öz kloakaları vasitəsilə xaric etdikləri sərt birləşmələri tədqiq ediblər. Məlum olub ki, pitonlarda və Madaqaskar boalarında bu uratlar diametri birdən on mikrometrə qədər olan kiçik kürələrdən ibarətdir. Hər bir kürə su və sidik turşusunun nanokristallarından ibarətdir. Alimlərin fikrincə, zəhərli ammonyakın zərərsiz bərk maddəyə çevrilməsinə kömək edən sidik turşusudur.
"İnsanlar, sürünənlərdən fərqli olaraq, azotlu tullantıları maye formada - sidik cövhəri, ammonyak və sidik turşusu vasitəsilə xaric edirlər. Lakin sidik turşusunun konsentrasiyası çox yüksək olarsa, oynaqlarda və ya böyrəklərdə kristallar əmələ gətirir və bu da böyrək daşlarına səbəb olur", - deyə alimlər izah ediblər.
Elm adamları, sürünənlərə ammonyakın zərərsizləşdirilməsinə kömək edən sidik turşusunun bəzi xüsusiyyətlərinin insanlarda da qoruyucu rol oynaya biləcəyini düşünürlər, lakin bu fərziyyə sınaqdan keçirilməlidir. Tədqiqatçılar hesab edirlər ki, bu prosesin mexanizmlərinin başa düşülməsi nəticədə sidik turşusu mübadiləsinin pozulması ilə əlaqəli xəstəliklərin yeni müalicə üsullarına gətirib çıxara bilər.
Adəm
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı























.webp)













.jpg)


