Maraq dünyası
Dünya bunu müzakirə edir: Ölmüş anasına nağıl danışdırdı
İngiltərə mediası, ölən sevdiklərinizi 3D süni intellekt avatarları ilə “geri gətirən” mübahisəli bir tətbiqi gündəmə gətirib. Tətbiq, istifadəçilərə vəfat etmiş yaxınları ilə öləndən sonra da ünsiyyət qurmağa imkan verir.
Publika.az xəbər verir ki, tətbiq keçmiş aktyor Kalum Uorsi tərəfindən hazırlanıb.
Bu tətbiq istifadəçilərin sevdiklərinə aid foto və videoları yükləyərək onların görünüş və şəxsiyyətini təkrar edən 3D avatarlar yaradır.

Tətbiqin tanıtım filmində bir qadın, ölən anasının foto və videolarını sistemə yükləyir, onunla danışır və hamiləliyi boyunca məsləhətlər alır. Hətta körpə doğulduqdan sonra mərhumun avatarı ona nağılllar danışır.

Uorsi tətbiqi “insanlığın yaşayan arxivini ölümsüzləşdirir” deyə müdafiə etsə də, sosial mediada sərt tənqidlər gəlib. İstifadəçilər tətbiqi “şeytani, saxta və insanlığı heçə sayan” adlandırıb. Bəzi istifadəçilər isə ödəniş etməsələr, ölmüş valideynləri ilə danışa bilmədiklərini bildiriblər.
Tətbiqin konsepti İngiltərə serialı “Black Mirror”un “Be Right Back” bölümünü xatırladıb. Serialda yas tutan bir qadın, ölmüş sevgilisinin süni intellekt tərəfindən canlandırılmış versiyası ilə əlaqə saxlayırdı.
Roza
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































