Maraq dünyası
Bəzi bitkilər və göbələklər qızıl istehsal edirmiş
Elmi dairələrdə uzun müddət xəyal kimi görünən bir fikir gerçəyə çevrilib: bəzi bitki və göbələk növlərinin torpaqdakı qızılı nano-hissəciklər formasında özlərində topladıqları müəyyən edilib. "Fitomineraj" adlanan bu bioloji proses həm ətraf mühiti qoruyan, həm də gələcəyin davamlı mədənçilik texnologiyası kimi qiymətləndirilən bir üsuldur.
Publika.az xəbər verir ki, xüsusilə qızıl yataqları üzərində yetişən bəzi bitkilər yarpaq və gövdələrində mikroskopik qızıl hissəcikləri daşıya bilir. Bu üsulun ən maraqlı tərəfi isə onun ev şəraitində belə sınaqdan keçirilə bilməsidir. Beləliklə, fitomineraj həm ekoloji cəhətdən təmiz mədənçilik üçün, həm də evdə aparılan kiçik təcrübələr üçün yeni perspektiv yaradır.
Mütəxəssislərin sözlərinə görə, Brassica juncea (hind xardalı) kimi bitkilər torpaqdakı metalları sürətlə udur və nəzarətli şəraitdə rahat yetişdirilə bilir. Bəzi göbələk növlərini isə metal birləşmələrini qızıl nano-hissəciklərinə çevirmə qabiliyyətinə malik olduğu aşkarlanıb.
Fitomineraj üsulu yalnız gizli qızıl yataqlarının müəyyən edilməsində deyil, həm də çirklənmiş torpaqların təmizlənməsi və ev şəraitində təcrübə məqsədli metal istehsalı sahəsində böyük potensiala malikdir. Alimlər gələcəkdə genetik cəhətdən təkmilləşdirilmiş bitkilər vasitəsilə kommersiya miqyasında qızıl və digər qiymətli metalların istehsalının mümkün olacağını bildirirlər.
(Milli.az)
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
































