Maraq dünyası
2,2 metr boyu olan şəxsin yaşadığı problemlər: Qızla söhbət edərkən...
Boyu təxminən 2,2 metr olan ABŞ sakini gündəlik həyatında qarşılaşdığı çətinlikləri bölüşüb.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, söhbət boyu təxminən 2 metr 20 santimetr olan ABŞ sakini Mark Ceksondan gedir.
Cekson deyib ki, ən sadə işlər belə çox vaxt çətinliyə çevrilir. Uyğun paltar tapmaq olduqca çətindir, internetdə saatlarla axtarış aparmalı olursan. Bildirib ki, təyyarələrdə ona yalnız təcili çıxış üçün sıra oturacaqları uyğun gəlir. Hətta ən böyük çarpayı belə rahat yatmağa imkan vermir, buna görə də o, diaqonal olaraq uzanmalıdır. O, həmçinin mütəmadi olaraq başını əşyalara vurur.
"Hətta bir dəfə Fransada pilləkənlərdən yıxıldıqdan sonra əmələ gələn yaralarıma cərrahi müdaxilə ilə tikiş atmalı oldular. Bəli, özümü davamlı olaraq ora-bura vururam", - deyə boyundan şikayətlənən Cekson bildirib.
Nə qədər şikayətlənsə də, Cekson uzun boyunun bəzi üstünlüklərindən də danışıb. Deyib ki, o, həmişə insanların çox olduğu yerlərdə üstünlük əldə edir və qadınların diqqətini xüsusilə cəlb edir. O, bir qızı görüşə dəvət etməyin onun üçün çətin olmadığını bildirsə də, lakin səs-küylü yerlərdə ünsiyyət qurmağın problem olduğunu deyib.
"Məsələn, barlarda insanlarla görüşmək çətindir, çünki onların dediklərini eşitmək üçün hər zaman əyilmək lazımdır", - deyə amerikalı qeyd edib.
Adəm
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
































