Maraq dünyası
Robot getdiyi məsafəyə görə Rekordlar Kitabına düşdü - FOTO
Çinin “Zhiyuan Robotics” şirkəti tərəfindən hazırlanmış insanabənzər robot “AgiBot A2” Suçjoudan Şanxaya səyahət edib.
Publika.az xəbər verir ki, robot bu marşrutu qət etməklə “insanabənzər robotun ən uzun səyahəti” nominasiyası üzrə Ginnesin Rekordlar Kitabına düşüb.
Məlumata görə, robotun naviqasiyası iki GPS modulu, lidar və infraqırmızı sensorlar vasitəsilə təmin edilir. Bu sistemlər ona çətin hava şəraitində belə, həm gündüz, həm də gecə saatlarında sabit şəkildə hərəkət etməyə imkan verir.
“AgiBot A2” üç gün ərzində 100 kilometrdən çox məsafə qət edib. Sürətli batareya dəyişmə texnologiyası isə onun fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradıb.
Adəm

-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
































