Maraq dünyası
Siyasət pandalara da təsir etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı vəziyyət fonunda verdiyi bəyanatdan sonra Yaponiya Çinlə münasibətlərin pisləşməsi səbəbindən Tokio zooparkındakı pandaları itirmək təhlükəsi ilə üzləşib.
Publika.az “Kyodo” xəbər agentliyinə istinadla xəbər verir ki Tokio zooparkında hazırda iki nəhəng panda - Xiao Xiao və Lei Lei yaşayır. Lakin onların Tokio zooparkında qalması ilə bağlı müqavilə 2026-cı ilin fevralında başa çatır. Pandalar Yaponiyada bu növün yeganə nümayəndələridir. Onların Çinə qaytarılması planlaşdırılır.
Zooparkın işçiləri və ziyarətçiləri pandaların Yaponiyanı tərk edə biləcəyindən ehtiyat edərək, artan siyasi gərginlikdən narahat olduqlarını bildirirlər. Yaponiya-Çin Dostluq Assosiasiyasının rəhbəri Yukinori Yokomi pandaların ölkələr arasında “sülh elçiləri” olduğunu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, mövcud vəziyyət heyvanların mübadiləsinə xələl gətirmədən aradan qaldırıla bilər.
Qeyd edək ki, Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvana hərbi müdaxilənin ölkəsinə təhdid olacağı barədə bəyanatından sonra Çin ilə Yaponiya arasında münasibətlərdə gərginlik yaranıb. Çin öz vətəndaşlarına Yaponiyaya səyahət etməməyi tövsiyə edib. Çin aviaşirkətləri isə Yaponiya istiqamətindəki biletləri cəriməsiz geri qaytarmağa başlayıb. Bundan başqa, Çin Yaponiyadan dəniz məhsullarının idxalını yenidən qadağan edəcəyini açıqlayıb. Çin tərəfi iki ölkə arasında elmi və mədəni tədbirləri də ləğv edib.
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































