Maraq dünyası
Bu cib saatı 2,3 milyon dollara satıldı
"Titanik" gəmisinin sərnişini olmuş maqnat İsidor Ştrausa məxsus qızıl cib saatı satılıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Nəşr "Henry Aldridge & Son" hərrac evinə istinad edib. Qeyd edilib ki, saat rekord qiymətə 2,3 milyon dollara satılıb.
Hərrac evinin məlumatına görə, bu, "Titanik"lə bağlı xatirə əşyalarının satışı üçün rekord sayılır.
18 karatlıq qızıldan olan saat "Titanik" gəmisində birinci sinifə aid bölmədə səyahət edən "Macy's" univermaqlar şəbəkəsinin həmtəsisçisi İsidor Ştrausun cəsədinin yanında tapılıb. O, həyat yoldaşı İda Ştraus ilə birlikdə yola çıxıbmış. Saatda onun baş hərfləri və 43-cü doğum günü də qeyd olunub.
Nəşr onu da qeyd edib ki, məlum tarixi fəlakətdən sonra saat Ştrausun digər şəxsi əşyaları ilə birlikdə ailəsinə verilibmiş. Qohumları saatı ilk dəfə satışa çıxarıblar.
Tural
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
































