Maraq dünyası
Yemək yeyərkən film izləməyin! - Kökəlməyə səbəb olur
Yemək yeyərkən qorxu filmlərinə baxmaq yeməyin dadını azalda bilər. Eyni zamanda bu cür vərdiş daha çox yeməyinizə də səbəb olacaq.
Publika.az xəbər verir ki, bunu Liverpul Ümid Universitetinin psixologiya üzrə doktorluq namizədi Harmehak Sinqh "The Conversation"a bildirib.
Onun sözlərinə görə, mənfi emosiyalar - qorxu, narahatlıq və stress - xoş dadlara qarşı həssaslığı azaldır.
"Belə anlarda bədən zövq almaq əvəzinə sağ qalma rejiminə keçir: stress hormonları diqqəti azaldır və dad qavrayışı arxa planda qalır", - deyə mütəxəssis izah edib.
Psixoloq 2021-ci ildə dərc olunmuş bir araşdırmanın nəticələrinə istinad edərək bildirib ki, tədqiqat qorxu filminə baxan insanların komediya və ya sənədli filmə baxanlara nisbətən daha çox şirə içdiklərini göstərib. Qorxu və narahatlıq vegetativ sinir sisteminə, eləcə də hormon səviyyələrinə təsir göstərir. Bu da öz növbəsində dad qavrayışına və toxluq hisslərinə təsirsiz ötüşmür. Bu, mütəmadi hal aldıqda isə lazımdında çox yemək yeyildiyi üçün kökəlməyə səbəb ola bilər.
"Sakit bir mühitdə beyin serotonin və dopamin istehsal edir, buna görə də tanış qidalar daha dadlı hiss edilir. Əvvəlki tədqiqatlar da göstərir ki, yemək zamanı yalnız qorxu filmlərindən deyil, hər hansı bir güclü yayındırıcı amillərdən çəkinmək lazımdır, - deyə psixoloq qeyd edib.
O vurğulayıb ki, yeməkdən əvvəl qısa bir fasilə, sakit musiqi və ya xoş ünsiyyət toxluq siqnallarına normal həssaslığı bərpa edə bilər.
Ləman
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!


















.jpg)



.webp)













.jpg)


