Maraq dünyası
Təsdiqləndi: Yer parçalanır - Bu qitə iki yerə bölünəcək
Afrika qitəsi sürətlə iki yerə bölünür.
Publika.az xəbər verir ki, Kil Universitetinin alimləri belə nəticəyə gəliblər.
Bu proseslə bağlı ilkin məlumatlar 1960-cı illərin sonlarında Yer kürəsinin iqlim baxımından ən əlverişsiz bölgələrindən biri hesab edilən Efiopiyanın Afar bölgəsində (indiki Eritreya ərazisi – red.) aparılan tədqiqatlar zamanı əldə edilib. Yeni texnologiyalar bu fenomeni daha ətraflı araşdırmaq imkanı verib.
Bu ilkin məlumat dəstlərini birləşdirərək və onların təhlilinə müasir texnologiyanı tətbiq etməklə tədqiqatçılar ərazidəki maqnit qabığının strukturu ilə bağlı yeni anlayışlar əldə ediblər. Bu da onlara Afrika qitəsinin rifting kimi tanınan prosesdə necə dəyişdiyini, uzandığını və parçalandığını daha yaxşı anlamağa imkan verib.
Maqnit məlumatlarını öyrənməklə bir vaxtlar tapmaca parçaları kimi bir-birinə bağlı olan Afrika və Ərəbistan arasında uçurumun başlanğıcını aşkar etmək mümkün olub. Alimlər belə qənaətə gəliblər ki, beş-on milyon il ərzində tam ayrılma zamanı Afrika iki qurudan ibarət olacaq.
Kil Universitetinin geoloqu, professor Piter Stilesin sözlərinə görə, tədqiqat planetin daim necə dəyişdiyinə baxmaq üçün unikal imkan yaradır.
Tural
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
































